Sumqayıtda son bir neçə gün güclü yağışlar yağır. Bu haqda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva AZƏRTAC-a müşahidələrini bildirib.
Məlumata əsasən, sentyabr ərzində Sumqayıtda aylıq yağıntı normasının 72%-i, yəni ki 13 millimetr yağıntı düşüb.
Xidmət rəisi əlavə edib ki, belə hava şəraiti havanın təmizlənməsində, həmçinin keyfiyyətinin yaxşılaşmasında və oksigenlə zənginləşməsində böyük rol oynayır. O, dəyişən iqlimin təzahürlərinin gündəlik həyatımızda artıq daha çox hiss edildiyini də qeyd edib.
Qeyri-sabit və fasilələrlə yağmurlu hava şarəiti oktyabrın 1-dək davam edəcək.