Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbə 1300 şagird köçürülüb. Bu barədə xeberle.com məlumat yayıb.
Saray qəsəbəsində yerləşən 2 saylı məktəb binasının sökülməsi səbəbindən 5-11-ci sinif şagirdləri Sumqayıt şəhəri 13-cu mikrorayonda yerləşən məktəbə köçürülüblər. 1963-cü ildən fəaliyyət göstərən 2 nömrəli məktəbin binası yenidən inşa olunacaq.
Həmin məktəbin 1-4-cü sinif şagirdləri isə Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirillər.