Sumqayıtın Xəzri yaşayış massivində beton piltə yaşayış evinin üstünə düşüb. Bu barədə BakuTV məlumat yayıb.
Hadisə gecə saatlarında, Kompressor zavodunun ərazisində yerləşən evlərin birində qeydə alınıb.
rel="nofollow"
Həmin evdə 12 nəfər yaşayır. Lakin, ağır beton piltə evin üstünə düşsə də, xəsarət alan olmayıb.
Məlumata əsasən, FHN əməkdaşları əraziyə baxış keçirib və qiymət veriblər. Onlar tərəfindən sakinlərə burada yaşamaqlarının təhlükəli olması barədə bildirişlər də paylanılıb. Ancaq onlara ərazini tərk etmələri deyilməyib. Şəhər rəhbərliyi də həmin ailələrin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirməyi düşünür.