Sumqayıtda 35 yaşlı kişi yaşayış binasının damından yıxılaraq dünyasını dəyişib. Bu barədə Sumqayıt24 Apa-ya istinadən xəbər verir.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. İnternet şəbəkəsində yaranan problemi aradan qaldırmaq üçün beşmərtəbəli binanın damına çıxan Rauf Sərxanov oradan yıxılıb. O, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.