Sumqayıtda qəza nəticəsində avtobus aşıb, minik avtomobilin isə ön hissəsi yararsız vəziyyətə düşüb. Bu barədə Xeberle.com məlumat yayıb.
Şəhərin İnşaatçılar küçəsində "Mercedes" markalı minik avtomobil 42 nömrəli "İsuzu" avtobusu ilə toqquşub. Avtomobilin sürücüsü və azyaşlı sərnişin xəsarət alıblar. Aşan avtobusun sərnişinləri ciddi xəsarət almayıb.