Sumqayıtda Covid-19 virusuna yoluxma hallarının qarşısını almaq məqsədi ilə əksər mikrorayon və məhəllələrdə dezinfeksiya işləri aparılır. Bu barədə Sumqayıt24 DünyaTv-ə istinadən xəbər verir.
Məlumata əsasən, 2-ci mikrorayonda skamyalar, həmçinin uşaqlar üçün oyun meydançalarındakı surüşkənlər xüsusi məhlullarla dezinfeksiya olunublar. Bundan əlavə, binaların girişlərindədə sanitar-gigiyena tədbirləri görülüb.
Sumqayıtda Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən yaradılmış komissiya şəhər sakinləri arasında maarifləndirici tədbirlər keçirir. Bundan sonra da, gündəlik olaraq qrafik üzrə müntəzəm dezinfeksiya işləri aparılacaq.