Sumqayıtda uşaq musiqi və incəsənət məktəblərində silsilə tədbirlər təşkil edilib. Bu haqda AZƏRTAC xəbər yayıb.
“44 günlük Vətən müharibəsinə” həsr olunmuş tədbirlərdə şagirdlər şeirlər ifa edib və bədii kompozisiya təqdim olunub.
Həmçinin, bu zaman “Zəfərə aparan yol” adlı mühazirə söylənilib və müharibəyə aid videoçarx təqdim edilib. Bundan əlavə, tarixi qələbə ilə bağlı ətraflı məlumat verilib.