Sumqayıtlı şəhid ailələri və qazilərin problemlərinin həllinə dəstək olmaq məqsədi ilə yaradılmış Əlaqələndirmə Mərkəzinin iclası keçirilib. Bu haqda DünyaTv xəbər yayıb.
İclasda Mərkəzin rəhbəri Gündüz Əliyev və Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov iştirak edib.
Bildirilib ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələrinin və qazilərin məşğulluğunu təmin etmək, onların sosial problemlərini aradan qaldırmaq məqsədi ilə yaradılan komissiyaya qazilər və şəhid ailələrinin üzvləri də cəlb olunub və hər birinə vəzifələr verilib.