Sumqayıtda və Bakıda yeni tədris ilinin başlamasıyla əlaqədar Sumqayıt-Bakı sürət qatarında sərnişin sıxlığı müşahidə olunur. Bu haqda sosial şəbəkələrdə müzakirələr aparılır.
Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata əsasən, hal-hazırda xüsusi qruplar tərəfindən monitorinqlər aparılır. Sərnişin sıxlığı daha da artarsa, onun aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək.
Daha öncə, həftəsonları, həmçinin digər qeyri-iş günləri də işləyəcək qatarların hərəkət cədvəli haqda paylaşım etmişdik.