Bu gün, 5 oktyabr tarixində Sumqayıt məktəblərinin bir neçə müəllimini təhsilinin inkişafında xidmətlərinə görə təltif edilib.
Xeberle.com-a istinadən, İlham Əliyevin sərəncamı ilə, Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin İnformatika müəllimi Afət Həsənova və Təbiət Elmləri Təmayüllü Gimnaziyanın Tarix müəllimi Ulduz Quliyeva "Tərəqqi” medalına, Texniki Təbiət Elmləri Liseyinin Texnologiya müəllimi Səidə Bayramova və 25 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Hüsniyyə İbrahimova "Əməkdar müəllim” fəxri adına layiq görülüblər.
Xatırladaq ki, bu gün “Ümumdünya müəllimlər günü” qeyd olunur.