Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında ekoaksiya keçirilib. Bu haqda 31 mart tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində sintetik torlar yığışdırılıb. Təmizlik işləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icra olunub.
Aksiyanın həyata keçirilməsində məqsəd balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların təbii populyasiyasının artmasına nail olmaqdır.