Sumqayıtda skuterlərin fəaliyyəti dayandırılıb. Sumqayıt24 bu haqda 6 fevral tarixində xəbər verir.
Şəhər sakinlərinin sözlərinə görə, yenicə istifadəyə verilmiş “Bolt” ilə yanaşı, adi “Jet” elektrik skuterləri də deaktiv olub:
“İnsanlar onları tək əyləncə üçün istifadə etmirlər, həmçinin işə gedənlər, harasa tələsənlər də nəqliyyat vasitəsi kimi istifadə edirlər”.
“Bolt” şirkəti redaksiyamıza məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, “Bolt” skuterləri ancaq Bakı şəhərinin müəyyən hissələrində mövcuddur. Dəyişikliklər planlaşdırıldıqda müştərilər xəbərdar ediləcəklər.