Sumqayıt-Pirşağı-Bakı elektrik qatarında problem yaranıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində Bizim.media-ya istinadən xəbər verir.
Sumqayıt Dəmir Yolu Vağzalından 07:50-də çıxan elektrik qatarı gecikib. O, qrafik üzrə Bakı Dəmir Yolu Vağzalına 08:40-da çatmalı idi.
Maşinistin sərnişinlərə elan etdiyinə görə, səbəb texniki nasazlıq olub.