Sumqayıtda ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində xəbər verir.
44 günlük Qarabağ savaşının ikinci ildönümündə qəhrəman şəhidlərimizə ehtiram əlaməti olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi və digər mədəniyyət işçiləri dənizkənarı bulvarda ağacəkmə aksiyası təşkil ediblər. Aksiyada 100-dən çox həmişəyaşıl ağac əkilib.