Sumqayıtda itkin düşən 25 yaşlı qız tapılıb. Bu haqda 19 avqust tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, əqli qüsurlu Zeynəb Abbaszadə avqustun 15-də Sumqayıt bulvarında itkin düşmüşdü. O, Masazır qəsəbəsində tapılaraq ailəsinə təhvil verilib.