Sumqayıtda pedaqoji kadr hazırlığı, müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) nəticələrin təhlili ilə bağlı görüş keçiriləcək. Sumqayıt24 martın 30-da Apa.az-a istinadən xəbər verir.
Sumqayıt Dövlət Universitetində baş tutacaq görüşdə təhsil ocağının rəhbər və professor-müəllim heyətinin iştirakı nəzərdə tutulub. Burada MİQ-nin test imtahanına qatılan namizədlərin fənlər üzrə statistik məlumatları təqdim ediləcək, pedaqoji kadr hazırlığı ilə bağlı hədəflər müzakirə olunacaq.