“Sumqayıt” futbol klubunun "kimyaçılar" azarkeş qrupu boykot edib. Sumqayıt24 bu haqda Sportinfo.az-a istinadən xəbər verir.
Bunun səbəbi, klubumuzun qış fasiləsindən sonrakı uğursuz çıxışıdır. Bu qərardan sonra klubun rəhbərliyi “kimyaçılar” qrupunun rəhbərliyi ilə əlaqə saxlayıb. Onlara belə çətin gündə komandanın yanında olmağın vacib olduğunu bildirib.
Cavabında fanatlar qərarlarını dəyişməyəcəklərini bildiriblər. Rəsmilərə, yalnış qərarların və uğursuz nəticələrin düzəlməsinin vacibliyi diqqətə çatdırılıb.