Sumqayıt Gənclər Evi əməkdaşları və könüllülərindən ibarət mentor qrupuna 3 günlük təlim təşkil olunub. Sumqayıt24 bu haqda 13 aprel tarixində xəbər verir.
Təlimlər Yenilik və İnkişaf İB, Elm və Təhsil Nazirliyi və Gənclər Evi tərəfindən keçirilir. Məişət zorakılığı və insan alveri ilə mübarizə sahəsinin eksperti Günel Ələkbərova ilk gündə gender bərabərliyi, gender əsaslı stereotiplərin mahiyyəti və onlarla mübarizədən danışıb.