Sumqayıtda gənc xanımlar üçün “Reproduktiv sağlamlıq” mövzusunda təlim keçirilib. Bu haqda 17 avqust tarixində Sumqayıt24 məlumat verir.
Seminar Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Sağlam Ailə Tibb Mərkəzi, GİKM-in regional nümayəndəliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Təlimdə “Sağlam Ailə” Tibb Mərkəzinin həkim-ginekoloqu Sevgin Bayramzadə gənclərə reproduktiv sağlamlığa təsir edən amillər, xəstəliklər, yoluxucu infeksiyalar və erkən nikahın fəsadları haqqında məlumatlar verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.