GİKM Sumqayıt nümayəndəliyi ''Art terapiya'' təşkil ediblər. Sumqayıt24 bu barədə 28 sentyabr taixində Sumqayıt Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər verir.
İxtisaslaşmış təlimçilər Sevinc Qasımova və Ləman Muradi Biləsuvar gəncləri üçün incəsənət üsulları ilə travmaların araşdırılması və aradan qaldırılması istiqamətində görüş keçiriblər. Təlim zamanı iştirakçılara ''Art terapiya''nın nə olduğu, nə vaxt və nə üçün yarandığı, hazırda necə və harada istifadə olunduğu barədə məlumat verilib.
Həmçinin, müxtəlif qrup işləri, fərdi fəaliyyətlər vasitəsilə iştirakçıların travmalar, qorxular, komplekslər, narahatlıqlar barədə məlumatlılıq səviyyəsi artırılıb və tövsiyələr verilib.