Sumqayıt şəhər 4 nömrəli məktəbin İKT laborantı təltif edilib. Sumqayıt24 bu haqda, bu gün 7 mart tarixində məktəbin Facebook səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, Sevinc Əliyeva, İcra Hakimiyyəti başçısının 100 nömrəli sərəncamı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə, həmçinin şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri fərmana layiq görülüb.