“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidenti beynəlxalq sərgidə iştirak edib. Sumqayıt24 bu barədə 22 sentyabr tarixində scip.az-a istinadən xəbər verir.
Almaniyanın Dortmund şəhərində keçirilən sərgidə sözügedən MMC-nin rezidenti “Tabaterra” QSC öz stendi ilə təmsil olunub. Stenddə şirkət tərəfindən istehsal olunan “Made İn Azerbaijan” brendli məhsullar (Argo, Kingston və Senate brendləri) nümayiş etdirilib.
Dünyanın ən böyük tütün sərgilərindən olan “InterTabac”-da 70-ə yaxın ölkənin şirkətləri iştirak edib.
Qeyd edək ki, "Tabaterra" QSC beynəlxalq standartlara cavab verən 80 fərqli çeşiddə tütün məmulatları istehsal edir.