Sumqayıtda KOBİM-in “İdeyadan biznesə” mövzusunda təlimi baş tutub. Bu barədə 26 sentyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən məlumat veririk.
KOBİM-in eksperti tərəfindən biznes ideyalarının formaları və müasir dövrdə biznes fəaliyyətlərinin reallaşdırılması üsulları barədə iştirakçılara məlumat verilib. 5 sahibkarın iştirak etdiyi seminarda öz maraq dairələrinə uyğun ideya yaratmaq, ideyanı düzgün yönləndirmək və satış bacarıqlarının təkmilləşdirilməsi sahibkarların diqqətinə çatdırılıb. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.