Sumqayıtda sahibkarlar üçün növbəti təlim təşkil edilib. Bu barədə 3 oktyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
“Biznesdə innovativlik” mövzusunda keçirilən seminarda KOBİM-in eksperti iştirakçılara innovativ məhsul və xidmətlərin istehsalı və təqdimatı, vizyonlu biznes idarəetməsinin qurulması barədə iştirakçılara məlumat verilib. Təlimdə 5 sahibkar iştirak edib. Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.