Sumqayıt Musiqi Kollecinin məzunu Gülnar Ağayeva mükafatlandırılıb. Sumqayıt24 bu barədə 29 may tarixində məlumat verir.
O, Türkiyədə keçirilən “Harmony” X Beynəlxalq İfaçılıq Musabiqəsində Solo fortepiano nominasiyası üzrə 3-cü dərəcəli mükafata layiq görülərək laureat adını qazanıb.
Gülnar hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi və Sumqayıt Musiqi Kollecində Xalq çalğı alətləri şöbəsinin konsertmeysteridir.