top
Sumqayıt paracüdoçusu Avropa çempionatına niyə buraxılmadı? - Məşqçisi DANIŞDI
24 sentyabr 2025, 07:01
- ↺ +

Sumqayıt paracüdoçusu Avropa çempionatına niyə buraxılmadı? - Məşqçisi DANIŞDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, sumqayıtlı məşqçinin daha bir tələbəsi Avropa çempionatına buraxılmayıb.

Belə ki, Fərid Ağakişiyevin tələbəsi İlkin Nəsibov tibbi təsnifata görə gözlərində problem olmadığı aydın olub.

Məsələ ilə bağlı sözügedən məşqçi Sumqayit24.az-a açıqlama verib.

O bildirib ki, qanunlara görə əlilliyi olan şəxs Paralimpiya Oyunlarında iştirak üçün uyğun olmaya bilər.

"Uzun illərdir ki, Sumqayıt Paralimpiya Mərkəzində görmə əngəlli uşaqlara, oğlan və qızlara cüdo idman növündə dərslər keçirəm. Görmə əngəlli uşaqlar müvafiq sənədləri, görməsi ilə bağlı əlilliyi, tibbi rəyləri və eləcə də sağlamlığı ilə bağlı həkim rəyini təqdim etdikdən sonra məşqlərə buraxılır və biz də qəbul edirik. Ola bilsin ki, dövlət tərəfindən verilən tibbi sənədlə paracüdoda tələb olunan tibbi sənəd üst-üstə düşmür. Biz həmin sənədə əsaslanaraq onlara məşq keçirik. Burada şəxsi məşqçinin heç bir günahı yoxdur.

Sözügedən İlkin Nəsibov da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qurumlarının təyin etdiyi 2-ci qrup görmə əlilliyi olan təqaüdçüdür. 9 yaşından etibarən bizim mərkəzdə məşqlərə başlayıb və dəfələrlə Uşaq Paralimpiya Oyunlarının qalibi olub. Bu cür görmə əlilliyi olan uşaqların tərəfimizdən cəmiyyətə inteqrasiyası ücün, həyat eşqi ilə yaşamaqları, depressiyaya düşməməkləri, özlərinə qapanmamaları və kollektivdə böyümələri üçün var gücümüzlə çalışırıq”, - deyə məşqçi bildirib.

O, qeyd edib ki, İlkinin yarışa buraxılmamasına səbəb təsnifata lazım olan sənədlərin tam olmaması olub:

“Milli Paralimpiya Komitəsi Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasına (IBSA) İlkin Nəsibovu Tbilisidə beynəlxalq təsnifatdan keçməsi üçün müraciət edib idmançını Avropa çempionatına apardı. O, ilk dəfə təsnifatda iştirak etdiyi üçün lazım olan sənədlərin tam olmadığı məlum oldu və yarışa buraxılmamasına qərar verildi. Növbəti təsnifata müraciət etmək üçün isə tam şəkildə sənədlərinin hazırlanması bildirildi”.

Fərid Ağakişiyev sonda bildirib ki, tibbi təsnifat, paracüdo qaydalarına dəyişikliklər, həkim rəyləri – bu kimi məsələlər şəxsi məşqçilərin məsuliyyəti deyil.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Oxşar xəbərlər