Sumqayıtda istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edilib. Bu barədə 16 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.
Proses “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda aparılıb. “Aznur” MMC-yə məxsus ümumi çəkisi 1.400 kq süd və ət məhsulları utilizasiya olunub.