Sumqayıt poliqonunda 16 tondan çox istehlaka yararsız məhsul məhv edilib. Bu haqda bu gün, 8 fevral tarixində Sumqayıt24 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saytına istinadən xəbər verir.
Məlumata əsasən, utilizasiya edilmış məhsullar “AZ FP CO LTD” MMC-yə məxsus idi. İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar “Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonunda məhv edilib. Proses zamanı 26 adda, 16,046.15 kq müxtəlif növ dondurma məhsulları utilizasiya edilib.