Polisi döyən deputatın apellyasiya şikayəti təmin edilməyib. Bu haqda bu gün, 28 fevral tarixində Report-a istinadən xəbər veririk.
Belə ki, Milli Məclisin deputatı Eldəniz Səlimov hazırda həbsdədir. O, onun barəsində verilən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə hökmündən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Nəticədə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə Səlimovun şikayəti təmin edilməyib.
Xatırladaq ki, Eldəniz Səlimov polis əməkdaşını xidməti vəzifələrinin icrası ilə əlaqədar döyüb və bu səbəbdən həbs olunub. Hazırda o, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.