Sumqayıt şəhərinin Qara Qarayev küçəsində təmirə ehtiyacı olan ikimərtəbəli binalar var. Bu haqda Sumqayıt24-ə məlumat daxil olub.
Qubadlı İcra Hakimiyyəti binasının yaxınlığında olan bu binada 6 ailə yaşayır. Tikilinin tavanından suvaq tökülür. Divarlar dağılmış, pilləkənlərin təməlində olan taxtalar isə yararsız vəziyyətdədir. Ərazidə bu halda olan 20-yə yaxın bina var.
Daha öncə, şəhərimizin H.Z. Tağıyev qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan bina haqda məlumat vermişdik. [modula id="8176"]