Sumqayıtda qırmızı attestat alanların 6,6%-i qəbul imtahanında 0-200 bal arası toplayıb. Sumqayıt24 bu haqda 25 may tarixində Azedu.az-a istinadən xəbər verir.
Bunu deputat Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib. Onun iddiasına görə, məsələnin kökü məktəblərdə şagirdlərin qiymətlərinin şişirdilməsinə dirənir.
“Hələ də kurikulum anlayışını təhsil ictimaiyyəti həzm edə bilmir. Deyirlər ki, kurikulumlar ləğv edilməlidir, dövrün tələblərinə cavab vermir. Bunun məğzi başa düşülmür, əksər müəllimlər belə bunu qəbul etmirlər".