Sumqayıt Regional Mədəniyyət İdarəsinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, idarə barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.