Sumqayıt orta aylıq əməkhaqqı üzrə ölkədə 4-cü yerdədir. Bu haqda bu gün, 18 fevral tarixində Banker.az məlumat yayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı statistikaya əsasən, Sumqayıtda orta aylıq maaş 647.2 manat təşkil edir.
Ən yüksək orta aylıq əməkhaqqı Bakı şəhəri (948.9 manat), 2-ci yerdə Daşkəsən (709.4 manat), 3-cü yerdə Gədəbəy (668.1 manat), 5-ci yerdə isə Sədərək (626.7 manat) rayonlarındadır.