Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsində olan Şəhidlər parkında abadlıq işləri aparılıb. Bu haqda Sumqayıt24-ə bu gün, 18 yanvar tarixində məlumat verilib.
Sözügedən park qəsəbənin Mikayıl Müşfiq küçəsində yerləşir. Sakinlərin dediyinə görə, parkın ərazisi uzun müddətdir ki, baxımsız vəziyyətdə olub, lakin son bir neçə ay ərzində təmir-bərpa işləri aparılmışdır. Bura yeni oturacaqlar, işıq dirəkləri, zibil qutuları və s. qoyulub.
Həmçinin parkın girişi, burada olan memorial komplekslər də yenilənib. [modula id="8168"]