Rüşvət almaqda ittiham olunan hakim barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sumqayıt24 bu barədə 20 sentyabr tarixində Bizim.media-ya istinadən xəbər verir.
Sumqayıt şəhər Məhkəməsinin hakimi olmuş İlyas Mahmudovun işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin araşdırılması hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Xatırladaq ki, İlyas Mahmudov 2008-ci ildən Sumqayıt şəhər Məhkəməsinin hakimi idi.