"Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC məhkəməyə verilib. Bu haqda 31 iyul tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
Müraciəti "İntermak Group" şirkəti edib. Alqı-satqı müqaviləsi üzrə mübahisələr olan işə hakim Həlimə Alıyevanın icraatında Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.