“Qırmızı Kitab”a düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb. Sumqayıt24 bu haqda 3 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Hadisə Varvara Ovçuluq Təsərrüfatının ərazisində baş verib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, zəli ovçusu Sumqayıt şəhər sakini Azər Cəfərovdur. Ondan əldə etdiyi qənimət götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.