top
Sumqayıt sakininin mənzilini köhnə sahibi ələ keçirib
13 aprel 2023, 05:59
- ↺ +

Sumqayıt sakininin mənzilini köhnə sahibi ələ keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhər sakini Xalid Qurbanov mənzilinin başqa şəxs tərəfindən ələ keçirildiyini iddia edir. Bu barədə 13 aprel tarixində Sumqayıt24 xəbər verir.

X. Qurbanov 2014-cü ildə 36-cı məhəllədən mənzil alıb. Alqı-satqıdan bir neçə gün sonra evin qapısı onun köhnə sahibi Elman Liftiyev tərəfindən qırılıb:

“Uzun illər məhkəmə proseslərində iştirak etdim. Ali Məhkəməyə qədər bütün prosesləri uddum və icraçılar vasitəsilə Liftiyev və ailəsini mənzilimdən çıxardım. Elman bu mənzilin əvvəlki sahibi olub. Evi girov qoyub bankdan kredit götürüb. Borcunu ödəmədiyi üçün bank evi satıb. Həmin şəxs də mənə satıb”, - deyı şikayətçi bildirib.

Onun sözlərinə görə, Elman və ailəsini mənzildən çıxardıqdan sonra Sumqayıt Şəhəri Mühafizə İdarəsi ilə müqavilə bağlayıb. Evin içərisinə avadanlıq quraşdırılıb. Hər ay ödəniş edib:

“Bir müddət sonra həmin idarədən Tahir adlı şəxs məni yanına çağırdı və bildirdi ki, mühafizənin dayandırılması üçün ərizə yazım. Mən ondan səbəbini soruşdum və bildirdim ki, hər ay vaxtında ödənişləri edirəm. O isə mənə prosedurun belə olduğunu və mühafizənin dayandırılmayacağını bildirdi. Mən də inanıb ərizə yazdım. Bir müddət keçdikdən sonra mənzilə gedəndə açar yerinin qırıldığını gördüm. Dərhal Mühafizə İdarəsinə zəng etdim. Tahir mənə dedi ki, “sən özün ərizə yazmısan ki, mühafizə dayandırılsın” və üzümə telefonu söndürdü”.

Vətəndaş məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinə şikayət edib:

“Onlar araşdırma apardıqdan sonra mənə bildirdilər ki, Tahir kobud səhvə yol verib və dəyən ziyanı ödəyəcək. Ancaq Sumqayıt Şəhər Mühafizə İdarəsinə dəfələrlə getməyimə baxmayaraq, heç bir köməklik olunmadı. Tahir mühafizənin dayandırılması ilə bağlı mənə məlumat verməli idi, verməyib. Açıq-aydın məlumdur ki, hansısa məqsədlə qanun pozuntusuna yol verib. Hazırda da mənzilim Elman və ailəsi tərəfindən zəbt olunub. Öz çıxarışlı, sənədli mənzilimdə yaşaya bilmirəm”.

DİN məsələ ilə bağlı Qafqazinfo.az-a açıqlama verib. Bildirilib ki, Xalid Qurbanovun müraciəti əsasında 20 sentyabr 2021-ci ildə mənzil Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən Mərkəzləşdirilmiş Mühafizə Mərkəzi vasitəsilə sutkalıq nəzarətə götürülüb:

“Bir müddət sonra həmin mənzilə iddiaçı olan vətəndaş Elman Liftiyev Sumqayıt Şəhər Mühafizə İdarəsinə yaxınlaşaraq mühafizə olunan mənzilin mübahisəli ev olduğunu və əmlakın sahibinin müəyyən edilməsi üçün məhkəmə instansiyalarında məhkəmə prosesinin getdiyini bildirib. Daha sonra Sumqayıt Şəhər Mühafizə İdarəsinə dəvət edilən Xalid Qurbanova bu barədə məlumat verilib və həmin mənzilin mübahisəli əmlak olduğu üçün mühafizəsinin təşkil olunmasının qeyri-mümkün olduğu onun diqqətinə çatdırılıb. Vətəndaşla bağlanan müqavilənin xitam olunduğu barədə ona məlumat verilib.

Bir müddət sonra vətəndaş Xalid Qurbanov həmin evə yaxınlaşan zaman mənzilə iddialı olan digər şəxs tərəfindən oranın giriş qapısının qıfılının dəyişdirildiyini aşkar edib.

Göstərilənlər nəzərə alınaraq, Sumqayıt Şəhər Mühafizə İdarəsinin inspektoru həmin mənzilin mühafizədən çıxarılması ilə bağlı rəsmi məlumat vermədiyi üçün intizam məsuliyyətinə cəlb edilib”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Oxşar xəbərlər