V. İbrahim adına 35 nömrəli məktəbin şagirdi yüksək nailiyyət əldə edib. Sumqayıt24 bu haqda 28 may tarixində xəbər verir.
9c sinif şagirdi Sevinc Qurbanova “British Council English Communication skills and knowledge” testində iştirak edib. Sevinc “Advanced” səviyyəsində birinci yerə layiq görülüb. Ona sertifikat təqdim olunub.
Qeyd edək ki, test şagirdlərin ingilis dilində danışıq, bilik və bacarıqlarını dəyərləndirir. Hər ölkədən cəmi 1 nəfər yer tutur. Sonda ölkələr arasında nəticəsi ən yüksək olan şagird qalib seçilir.