Sumqayıtda yerləşən tibb ocağı ən çox xidmət göstərmiş tibb müəssisələri içərisində birinci yerdədir. Sumqayıt24 bu haqda 18 iyun tarixində İts.gov.az-a istinadən xəbər verir.
May ayı ərzində 63 şəhər (Bakı istisna) və rayonun əhalisinə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin statistikası açıqlanıb. Belə ki, ay ərzində qeyd olunan ərazilərdə yerləşən dövlət tibb müəssisələrinə 512.615 şəxs 860.417 dəfə müraciət edib. Onlara 2.135.329 xidmət göstərilib. Bu göstəricilərə görə Sumqayıt Tibb Mərkəzi liderlik edir.