Sumqayıt Tibb Mərkəzi 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşlarının sayını açıqlayıb. Sumqayıt24 bu barədə 27 sentyabr tarixində məlumat verir.
Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrindən müharibədə ümumilikdə 60 əməkdaş iştirak edib. Onlardan 8 nəfəri həkim -travmatoloq, 3 nəfəri həkim-ümumi cərrah, 1 nəfəri həkim-neyrocərrah, 1 nəfəri üz-çənə cərrahı, 1 nəfəri həkim -reanimotoloq-anestezioloq, 1 nəfəri həkim oftalmoloq, 1 nəfəri həkim otolarinqoloq, 6 tibb bacısı, eləcə də 37 nəfəri sürücü və 1 nəfəri mexanikdir.