Sumqayıt tibb mərkəzlərində laparoskopik cərrahi əməliyyatlar icra olunacaq. Bu haqda 17 aprel tarixində Sumqayıt24 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Endoskopik və laparoskopik avadanlıqların alınması dövlət xəstəxanalarında mütərəqqi müalicə üsullarının tətbiqinə şərait yaradır. İlkin mərhələdə laparoskopik cihazlarla Sumqayıt tibb mərkəzi ilə yanaşı, Abşeron, Ağdaş, Gəncə, Göyçay, Kürdəmir, Quba, Sabirabad, Saatlı, Şəki, Şirvan və Zaqatala rayon mərkəzi xəstəxanaları təchiz ediləcək.
Agentlik tərəfindən ginekoloji, uroloji və ümumi cərrahi əməliyyatların qapalı üsulla icrası üçün lazımi alətlər və aksesuarlar daxil olmaqla 18 dəst laparoskopik cihaz alınıb.