Sumqayıtda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 9 may tarixində xəbər verir.
Hadisə 8 may axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə daxil olan məlumatdan sonra qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları ünvana yetişiblər.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində uşağın təhlükəsizliyi təmin edilib.