Sumqayıt və Novxanıda fəaliyyət göstərən obyektlərdə nöqsanlar aşkarlanıb.
Sumqayit24.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yaradan müəssisələrin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Həmin müəssisələrdən bəziləri tam sağlamlaşdırılaraq, yəni qida obyektinin qida təhlükəsizliyi tələblərinə uyğunluğu tam təmin edilərək fəaliyyəti bərpa olunub, qalanlarında isə müvafiq tədbirlər görülməkdədir.