Sumqayıtda vətəndaş xilas edilib. Sumqayıt24 bu haqda 22 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Qurumun Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri ünvana cəlb olunub.
Halsız vəziyyətdə aşkar edilən vətəndaş aidiyyəti üzrə təhvil verilib.