top
Sumqayıta metro çəkiləcək? - Açıqlama
Bu gün, 19:00
- +

Sumqayıta metro çəkiləcək? - Açıqlama

Son illər Bakı ətrafı ərazilərdə əhalinin sayının artması nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin axınının çoxalması fonunda Sumqayıta metro xəttinin çəkilməsi ilə bağlı təkliflər tez-tez müzakirə olunur.

Bəs yaxın gələcəkdə Sumqayıta metro çəkilməsi real görünürmü?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yeni metro xəttinin tikintisindən daha səmərəli və iqtisadi cəhətdən əlverişli variant mövcud şəhərətrafı dəmir yolu infrastrukturunun inkişaf etdirilməsidir.

Ekspertin sözlərinə görə, Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən elektrik qatarları faktiki olaraq yerüstü metro formatına uyğunlaşdırıla bilər:

"Qatarların hərəkət intensivliyi artırılmalı, 15-20 dəqiqəlik intervallar təmin edilməlidir. Şəhərətrafı stansiyalar multimodal nəqliyyat qovşaqlarına çevrilməli, sərnişinlərin metro, avtobus və dəmir yolu arasında rahat keçidi təmin olunmalıdır. Dərnəgül, Koroğlu və 28 May stansiyalarındakı inteqrasiya modeli bu istiqamətdə nümunə ola bilər".

R.Ağamirzəyev qeyd edib ki, dəmir yolunun rabitə və siqnalizasiya sistemi tam rəqəmsallaşdırılmalı, yük və sərnişin daşımaları bir-birindən ayrılmalıdır. Onun sözlərinə görə, hazırda gündüz saatlarında yük qatarlarının hərəkətinə məhdudiyyət tətbiq edilir və bu istiqamətdə artıq müəyyən addımlar atılıb.

Ekspert hesab edir ki, mövcud dəmir yolu xəttinin potensialı kifayət qədər yüksəkdir:

"Hazırda Abşeron dairəsində gündəlik təxminən 42 min sərnişin daşınır. Məqsəd bu göstəricini yaxın illərdə 200 min nəfərə çatdırmaqdır. Məncə, potensial bundan da yüksəkdir. Lakin bunun üçün əlavə qatarlar lazımdır. Hazırkı 9 qatar və yeni alınan 20 qatar belə kifayət etməyəcək. Təxminən 60 qatar olarsa, 15-20 dəqiqəlik interval təmin edilə bilər".

Onun fikrincə, Bakı, Xırdalan və Sumqayıt arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün dəmir yolu stansiyalarına inteqrasiya olunmuş marşrut şəbəkəsi yaradılmalı, piyadalar üçün səkilər abadlaşdırılmalıdır.

Ekspert təhlükəsizlik məsələlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

"Abşeron yarımadasında sıx yaşayış səbəbindən dəmir yolu boyunca yeni piyada və avtomobil keçidləri salınmalı, ərazilər işıqlandırılmalı, çəpərləmə işləri aparılmalıdır. Bundan əlavə, heyvan keçidləri və digər infrastruktur elementləri də nəzərə alınmalıdır.

Xırdalan və Sumqayıtda əlavə dayanacaqların yaradılması vacibdir. Qatarların sürəti və daşıma qabiliyyəti artırılarsa, səfər müddətini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.

Əsas məsələ ondan ibarətdir ki, metro çox bahalı infrastrukturdur. Halbuki mövcud dəmir yolu xətti artıq var və fəaliyyət göstərir. Onun modernləşdirilməsi həm maliyyə, həm də vaxt baxımından daha sərfəlidir. Yeni metro xəttinin tikintisi böyük investisiya və uzun illər tələb edir. Buna görə də hazırkı mərhələdə Sumqayıta metro çəkilməsi real görünmür. Daha doğru yol mövcud dəmir yolu sistemini təkmilləşdirməkdir", - deyə ekspert vurğulayıb.

Rauf Ağamirzəyev hesab edir ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşımalarının artırılması üçün təkcə qatarların sayı deyil, onların tipi də dəyişdirilməlidir.

"Qatarlar metro qatarlarına bənzər şəkildə daha çox sərnişin daşımaq imkanına malik olmalıdır. Vaqonların daxili quruluşu ayaqüstə səfər edən sərnişinlərin rahat hərəkətinə uyğunlaşdırılmalı, daha geniş sərnişin tutumu təmin edilməlidir.

Qatarlar elə formatda sifariş olunmalıdır ki, eyni anda daha çox sərnişin daşıya bilsin. Bu, həm pik saatlarda sıxlığın azalmasına, həm də Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin axınının daha səmərəli idarə olunmasına imkan verəcək".

Mənbə: Konkret.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:30

Sumqayıtda bu avtobuslar müsabiqəyə çıxarılır

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıt parkında xoşagəlməz hal

Bütün xəbərlər
Bu gün, 18:09

Sumqayıtlı deputat: "İstərdim ki, İspaniya çempion olsun"

İdman
Bu gün, 17:56

Sumqayıt daha bir çempion yetişdirdi

Bütün xəbərlər
Bu gün, 17:16

Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün təlim keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:58

SDU-nun alimləri Çində proqrama qoşulublar

Bütün xəbərlər
Bu gün, 16:36

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 15:56

Sumqayıtda 382 cüdoçu kəmərə layiq görülüb

Bütün xəbərlər
Bu gün, 15:54

Sumqayıtdakı Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub

Bütün xəbərlər
Bu gün, 15:16

Sumqayıtda şortik qadağası qoyan restoran sahibi danışmaq istəmədi

Bütün xəbərlər
Bu gün, 14:36

BATE bir oyun üçün Sumqayıt stadionuna nə qədər pul ödəyəcək?

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıtda piyada yolunda təhlükə mənbəyi

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtın Bulvar küçəsində təlim keçirilib

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıt bulvarında yaşıllıq işlərinə 100 min manat ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:55

Sumqayıt Tibb Mərkəzinin direktoru şantaj edilib? - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıtda ölən piyadanın kimliyi məlum olub

Bütün xəbərlər
Bu gün, 10:35

Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Bütün xəbərlər
Bu gün, 09:55

Sumqayıtda evdən meyit tapıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Sarayın gecələr təhlükə saçan küçəsi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtlı Aylin olimpiadada medal qazandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda uşaqların sağlamlığı təhlükədə

Bütün xəbərlər
Dünən, 17:33

Sumqayıtın bu məktəblərində müəllimlərin BİLİYİ YOXLANILACAQ

Bütün xəbərlər
Dünən, 17:25

Bootid meteor yağışı olacaq

Oxşar xəbərlər