Sumqayıtda təmizlik və sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb.
Sumqayit24.az xəbər verir ki, şəhərin kommunal təsərrüfatına yeni xüsusi təyinatlı zibil daşıyan avtomobillər cəlb olunub. Eyni zamanda, yeni məişət tullantısı konteynerləri alınıb.
İcra başçısı Zakir Fərəcov yeni alınan xüsusi təyinatlı avtomobillərə baxış keçirib, onların texniki imkanları və istismar xüsusiyyətləri barədə məlumat alıb.
Bildirilib ki, yeni texnikanın istifadəyə verilməsi məişət tullantılarının toplanması və daşınması işlərinin çevik və səmərəli təşkilinə, kommunal xidmətlərin operativliyinin artırılmasına imkan yaradacaq.
Yeni tullantı konteynerlərinin isə mövcud tələbat nəzərə alınmaqla müxtəlif ərazilərdə, xüsusilə əlavə konteynerlərə ehtiyac duyulan məhəllə və yaşayış massivlərində mərhələli şəkildə yerləşdirilməsi nəzərdə tutulur.