top
Sumqayıtda 101 yaşlı Zəri nənə səs verib
01 sentyabr 2024, 06:05
- ↺ +

Sumqayıtda 101 yaşlı Zəri nənə səs verib

Parlamentə növbədənkənar seçkilərdə Sumqayıtda şəhər üzrə səs verənlərin 3641 nəfəri yaşlı nəslin nümayəndəsidir. Onlardan birinin yaşı 100-dən çoxdur. 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızıdır.

Bu gün o da seçkilərdə öz namizədinə səs verib. Özünün xahişi ilə Zəri nənənin evinə seçici kimi qeydiyyatı alındığı dairə üzrə 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb.

Konstitusion hüququndan istifadə edən Zəri nənə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.

Yaşına baxmayaraq, özünü kifayət qədər şux hiss edən həmsöhbətimiz özü haqqında danışarkən deyib: “Zəngilanda anadan olsam da, uzun illər Ermənistanın Qafan şəhərində yaşamışıq. Orada 5 il deputat olmuşam. Deportasiya zamanı 1989-cu ildə Sumqayıta pənah gətirmişik. Elə o zamandan da Sumqayıtda 11-ci mikrorayonda oğlumla bir yerdə yaşayıram”.

Daşınan seçki qutusunun evə gətirilməsinə görə təşəkkürünü bildirən Zəri nənənin 8 övladı, 18 nəvəsi, 35 nəticəsi, 4 kötükcəsi var. Ən böyük arzusu işğalda olan torpaqları, doğma Zəngilanı azad görmək idi. O, bu arzusuna da çatıb. Vətən müharibəsində qazanılan şanlı Qələbədən bu gün də böyük sevinclə danışır. Zəri nənə qəhrəman şəhidlərə, yenilməz Ordumuza və Ali Baş Komandan İlham Əliyevə xalqımıza uzun illər gözlədiyimiz Qələbənin sevincini yaşatdıqları üçün minnətdarlığını bildirərək, Azərbaycanın daim abad və firavan, insanların isə xoşbəxt olmasını arzulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Sumqayıtda yığılan avtobuslar başqa ölkələrə də satılacaq

Bütün xəbərlər
Bu gün, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:55

"7 nömrə"nin sürücüsünü döyüb xəstəxanalıq etdilər

Bütün xəbərlər
Bu gün, 13:30

Sumqayıtda sakinləri əlavə xərcə salan bankomat problemi - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:59

Novxanıda öldürülən həkimin qızından şok açıqlamalar

Bütün xəbərlər
Bu gün, 12:25

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:55

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Bu gün, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Bu gün, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Bu gün, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
26 sentyabr 2026, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
26 sentyabr 2026, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
26 sentyabr 2026, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
26 sentyabr 2026, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
26 sentyabr 2026, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Oxşar xəbərlər