Sumqayıtda sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 24-də gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm-ə enəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.