Sumqayıtda yeniyetmə qız intihar edib. Bu haqda 27 aprel tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən xəbər verir.
17 yaşlı A.Tağıyeva özünü çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. İntiharın səbəbi və başvermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.